Hindistanda müsəlman şagirdə qarşı zorakılığın olduğu məktəb bağlanıb

13:38 28 Avqust 2023

Hindistanın Uttar Pradeş ştatında müəllimin 7 yaşlı müsəlman şagirdi alçaltması və sinif yoldaşlarına sillə vurdurtmasından sonra başlayan istintaq çərçivəsində məktəbin müvəqqəti bağlanmasına qərar verilib.

Sitat.info xəbər verir ki, “India Today”in xəbərinə görə, Hindistan Təhsil Nazirliyi sözügedən məktəbin ləğv ediləcəyini və istintaq bitənə qədər bağlı qalacağını açıqlayıb.

Məktəblə bağlı "Təhsil Nazirliyinin kriteriyalarına uyğun gəlmədiyi" əsası ilə araşdırma başlanılıb.

Bağlanan məktəbin şagirdləri dövlət məktəblərinə və ya yaxınlıqdakı digər məktəblərə köçürüləcək.

Digər tərəfdən onlara müsəlman tələbəni sillələməyi əmr edən müəllim Tripta Tyaqi yerli televiziya kanalına deyib ki, o, etdiyi əməldən utanmır.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti