İtaliyanın paytaxtı Romanın tarixi-turistik yerlərində tez-tez siçovulların görünməsi Rəsmiləri hərəkətə keçirməyə vadar edib. İtaliya mediası paytaxtda təxminən 7 milyon siçovulun olduğunu təxmin edir.
Sitat.info xəbər verir ki, İtaliyada Romanın dünyaca məşhur yerlərindən biri olan Kolizey ətrafında görülən siçovullar və onların sosial mediada da əksini tapan görüntüləri paytaxtda siçovul həyəcanına səbəb olub.
İtaliya mətbuatında yer alan xəbərlərdə Roma Bələdiyyəsinin Ətraf Mühit İdarəsinin xüsusilə Kolizeydə siçovulların göründüyü yerlərdə hərəkətə keçdiyi, bəzi yerlərdə tələlərin qoyulması və zibillərin toplanması işini sürətləndirdiyi qeyd edilib.
Seymur Bənnayev
Sitat.info