Kremlin sözçüsü Dmitri Peskov Vaqnerin qurucusu Yevgeni Priqojinin dəfn mərasimi ilə bağlı heç bir qərar verilmədiyini bildirib.
Sitat.info xəbər verir ki, bu barədə Peskov jurnalistlərə açıqlama verərkən danışıb.
"Belə qərarlar həmişə onların qohumları ilə birlikdə və qohumlarının qərarı ilə verilir" -deyə Peskov deyib.
Tverdə şəxsi təyyarənin qəzaya uğraması nəticəsində öldüyü bildirilən Priqojinin dəfn mərasimi ilə bağlı Peskov bildirib ki, cənazədən xəbəri olmadığı üçün heç nə deyə bilmir: "Qərar qəbul edildikdən sonra elan verilir. Bu cür qərarlar həmişə onların qohumları ilə birlikdə və qohumların mülahizəsinə əsasən verilir”.
Nərgiz,
Sitat.info