Polşa və Baltikyanı ölkələrdən Belarus Vaqner üçün birgə addım qərarı

17:07 28 Avqust 2023

Polşa və Baltikyanı ölkələr Belarus prezidenti Aleksandr Lukaşenkonu gərginliyin artmasına cavab olaraq sərhədi bağlamaq planı ilə razılaşaraq, rus muzdlulardan ibarət Vaqner qrupunu ölkəsindən çıxarmağa çağırıb.

Sitat.info xəbər verir ki, Polşa, Latviya, Litva və Estoniyanın daxili işlər nazirləri görüşdən sonra birgə bəyanatla çıxış ediblər.

Açıqlamada 4 ölkənin nazirlərinin regional təhlükəsizlik narahatlıqları ilə bir araya gəldiyi bildirilib.

“2021-ci ilin ortalarından etibarən Belarus rejiminin açıq şəkildə dəstəklədiyi və süni şəkildə davam etdirdiyi qeyri-qanuni miqrasiya səbəbindən dörd ölkə görünməmiş təzyiqlərlə üzləşib. Hazırda Belarus üzərindən keçən suni köç yolu Rusiya tərəfindən cəmiyyətimizdə və Avropa Birliyində sabitliyi pozmağa yönəlmişdir", - bəyanatda deyilib  

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti