Ukrayna lideri Zelenskidən "siyasi həll" mesajı!

17:39 28 Avqust 2023

Ötən ilin fevralında Rusiya prezidenti Putinin verdiyi sərəncamla başlayan qanlı müharibə hələ də davam etməkdədir.

Sitat.info xəbər verir ki, Ukraynanın çoxdan gözlənilən hücumunun başlamasından və münaqişə Qara dənizə sıçradıqdan sonra gərginlik pik həddə çatıb.

Putinlə danışıqlara getməyəcəyini hər fürsətdə dilə gətirən Zelenskinin təklifi ilk növbədə dünyanın gündəminə düşdü.

Əl-Cəzirə telekanalında yer alan xəbərə görə, Zelenski Krım probleminin həllinin danışıqlar yolu ilə aparıla biləcəyini deyib.

Krım məsələsində güc tətbiq etmək əvəzinə həll yolunun danışıqlara getməsinin mümkün olduğunu bildirən Ukrayna lideri açıqlamasında deyib:

“Düşünürəm ki, biz Krımın inzibati sərhədlərində olandan sonra yarımadada Rusiyanı demilitarizasiya etməyə məcbur etmək siyasi cəhətdən mümkündür”.

Zelenski əlavə edib ki, bu marşruta üstünlük veriləcək, çünki bu, daha az ölümlə nəticələnəcək.

Müharibənin Rusiya ərazisinə keçməsinin Kiyevin Qərbin dəstəyini itirməsinə səbəb olacağını vurğulayan Zelenski: “Tutaq ki, mən qoşunlarımızı göndərib Rusiya ərazisinə getməyə qərar verdim, belə bir halda əminəm ki, bu dövlətlər mənim yanında olmayacaqlar", - deyə qeyd edib. 

"Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev xəbərdarlıq etmişdi ki, Ukraynanın Krım yarımadasını ələ keçirmək cəhdi Moskvanın Kiyevə qarşı “tamamilə istənilən silahdan” istifadə etməsinə haqq qazandıracaq.

Medvedev hətta Rusiya qüvvələrinin Ukraynada Kiyev və Lvova qədər irəliləyəcəyini də deyərək hədə-qorxu gəlmişdi", - Zelenski deyib.

RİA Novosti-yə danışan Medvedev açıqlamasında bildirib:

“Bu infeksiyanı yox etmək üçün Kiyevə getmək lazım gələrsə Kiyevə, Lvova getmək lazım gələrsə Lvova gedəcəyik”.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti