Kolumbiyanın qərbində 5,5 bal gücündə zəlzələ baş verib.
Sitat.info xəbər verir ki, Kolumbiya Geoloji Xidməti (KGX) zəlzələnin 5,5 bal gücündə, episentri ölkənin Choco inzibati bölgəsindəki El Kanton del San Pabloda yerli vaxtla saat 16:45-də və 30 kilometr dərinlikdə baş verdiyini açıqlayıb.
Zəlzələnin Choco da daxil olmaqla Valle del Cauca və Antioquia inzibati bölgələrində hiss olunduğu paylaşılıb.
Qeyd edək ki, ölkədə 6,3 bal gücündə sonuncu zəlzələ avqustun 17-də baş verib və bu zaman təşviş içində olan şəxs binanın 7-ci mərtəbəsindən özünü ataraq ölüb.
Seymur Bənnayev
Sitat.info