Yunanıstanda yanğınların 9-cu günü

22:53 28 Avqust 2023

Yunanıstanda meşə yanğınları 9-cu gündə də davam edir.

Sitat.info xəbər verir ki, avqustun 19-da Aleksandrupolidə başlayan və Meriç əyaləti ilə Gümülcine və kəndləri də daxil olmaqla Rodop vilayətinl təsir edən yanğınlar hələ də nəzarət altına alına bilməyib.

Xüsusilə Dadias meşə sahəsindəki yanğının genişlənməsi nəticəsində bölgənin bəzi kəndləri boşaldılıb.

Meriç vilayəti qubernatorunun müavini Dimitris Petroviç Yunanıstan Dövlət Televiziyası ERT-yə verdiyi açıqlamada 1 milyon 600 min hektar meşə sahəsinin 750 min hektarının artıq yandığını bildirib.

Sabahdan etibarən küləyin istiqamətini dəyişəcəyini qeyd edən Petroviç bu halda yanğının daha təhlükəli həddə çata biləcəyini və zərərin daha da arta biləcəyini bildirib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti