SENSASİON İDDİA: Rusiya bu torpaqları işğal etməyi planlaşdırır... — ŞOK DETALLAR (FOTO)

19:28 30 Mart 2022

Rusiyanın Ukraynanı işğalı davam edərkən, qarşıdurmaların Moldovada xristian qaqauz türklərinin yaşadığı bölgələrə də keçə biləcəyi bildirilir.

SİTAT.İNFO Gundem.az-a istinadən xəbər verir ki, bu haqda Türkiyənin "Yeni Akit" qəzeti yazıb. 

Yazıda qeyd olunur ki, Moskvanın son hədəfi olduğu bildirilən “Novorossiya (Yeni Rusiya) Federasiyası”na Moldovanın bəzi torpaqları da daxildir.

Buna uyğun olaraq, Rusiyanın Moldova və Ukrayna sərhədində yerləşən Dnestryanı bölgəsi ilə yanaşı Qaqauz Muxtar Vilayətini də işğal etmək istədiyi iddia edilir.

Milliyətçə türk olan qaqauzların demək olar ki, hamısı pravoslavdır. Tarixən Rusiyanın təsiri altında olan bölgədə Türkiyə də son dövrdə mühüm fəaliyyətlər həyata keçirir.

Sözügedən region 1990-cı illərdə Sovet İttifaqının dağılmasına və Moldovanın müstəqilliyinə qarşı çıxırdı. Lakin Dnestryanıdan fərqli olaraq silahlı üsyan olmayıb və Qaqauziya siyasi konsensus əldə edərək muxtar vilayət kimi Moldovanın tərkibində qalmaqda davam edib.

Fevralın 24-də Ukraynaya təcavüz edən Rusiyanın əsas məqsədinin Ukraynanın şərqində və cənubunda olan bölgələri ələ keçirmək olduğu vurğulanır.

Rusiyayönlü mənbələrin paylaşdığı xəritələrdə bu bölgələrin Rusiyaya birləşdiriləcəyi və Ukrayna müharibəsinin sona çatacağı qeyd edilirdi.

Paylaşılan xəritələrdə Ukraynanın Donetsk, Luqansk, Xarkov, Dnepr, Zaporoje, Nikolayev, Xerson və Odessa vilayətlərinin Rusiyaya birləşdiriləcəyi göstərilirdi. 

Bundan başqa, Moldovanın Dnestryanı və Qaqauziya bölgələrinin də işğal ediləcəyi iddiası var. 



Xəbər xətti