Mişel Joli ilə Qarabağı müzakirə etdi

14:14 29 Avqust 2023

Avropa Birliyi (AB) Şurasının rəhbəri Şarl Mişellə Kanada xarici işlər naziri Melani Joli arasında görüş baş tutub.

Sitat.info xəbər verir ki, bu barədə Melani Joli özünün X səhifəsində məlumat verib.

“Balkanlarda genişlənmə, Qarabağ “münaqişəsi” (Qarabağda münaqişənin artıq keçmişdə qaldığını Kanada XİN bilmək istəmir – red.) və Haiti böhranının həlli yolları haqqında danışdıq”, - Joli bildirib.

Görüş Sloveaniyanın Bled şəhərində keçirilən Strateji forum çərçivəsində baş tutub.



Xəbər xətti