Putin G20 liderlərinin sammitində iştirak etməyəcək

14:47 29 Avqust 2023

Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, bu il Hindistan 9-10 sentyabr tarixlərində prezidentlik dövründə keçiriləcək G20 Liderlər Sammitində iştirak edə bilməyəcək.

Sitat.info xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin bu il G20 sammitinə ev sahibliyi edəcək Hindistanın baş naziri Narendra Modi ilə dünən telefonla danışıb.

Görüş zamanı Putin G20 Sammitində iştirak edə bilməyəcəyini və onun yerinə xarici işlər naziri Sergey Lavrovu təyin edəcəyini bildirib.

Rusiya rəhbərliyindən verilən açıqlamada Putinin G20 Liderlər Zirvəsinə qatılmamasının səbəbi yer almayıb.

Bəyanatda liderlərin iki ölkə arasında sıx əməkdaşlıq haqqında razılığa gəldiyi vurğulanıb.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti