Rusiya Kiyevdən ordusunu buna görə çəkib - ŞOK PLANIN DETALLARI

20:45 30 Mart 2022

"Rusiya Kiyev və Çerniqovu tutmaq və ya mühasirəyə almaq cəhdindən əl çəkməyib".

SİTAT.İNFO Sfera.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin sözçüsü Aleksandr Motuzyanik məlumat verib.

"Mən bu məlumatı qismən təsdiqləyə bilərəm. Həqiqətən də, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bəzi bölmələrin Kiyev istiqamətindən, eləcə də Çerniqov istiqamətindən müəyyən qədər yerdəyişməsini görür. Ancaq bu o demək deyil, onlar işğal planından əl çəkib", - o deyib.

Motuzyanik əlavə edib ki, bu ərazilərdən rus qoşunlarının kütləvi şəkildə çıxarılması yoxdur. "Ona görə də bu barədə danışmaq hələ tezdir. Görünür, düşmən ən çox itki verən bölmələri geri çəkir ki, onları doldursun. Kəşfiyyat məlumatına görə, düşmən onları tutmaq və ya heç olmasa mühasirəyə almaq cəhdindən əl çəkməyib. Söhbət xüsusilə paytaxt və Çerniqovdan gedir”.



Xəbər xətti