Vaqnerin yaradıcısı Yevgeni Priqojinin dəfn mərasimi Sankt-Peterburqda keçirilib.
Sitat.info xəbər verir ki, Priqojinin “Konkord” şirkətindən verilən yazılı açıqlamada avqustun 23-də Tver vilayətində şəxsi təyyarənin qəzaya uğraması nəticəsində dünyasını dəyişən Priqojinin dəfn mərasimi ilə bağlı məlumat yer alıb.
Priqojin, Sankt-Peterburqdakı qəbiristanlıqda dəfn edildiyi bildirilən açıqlamada: “(Priqojin) Yevgeni Viktoroviçin vida mərasimi qapalı şəkildə həyata keçirilib. Onunla vidalaşmaq istəyənlər Porohovskoye qəbiristanlığını ziyarət edə bilərlər”, - deyilib.
Seymur Bənnayev
Sitat.info