Rusiya Kiyevə raket atdı: ölənlər var

09:10 30 Avqust 2023

Rusiya ordusunun Kiyevə raket hücumunda havada zərərsizləşdirilən mərmi qalıqlarının düşməsi nəticəsində 2 nəfər ölüb.

Sitat.info xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyası Teleqramda məlumat yayıb.

“Təəssüf ki, Kiyevin Şevçenko rayonunda dağıntıların müəssisənin ərazisinə düşməsi nəticəsində, ilkin məlumata görə, 2 nəfər həlak olub. Daha bir nəfər xəsarət alıb. Ona tibbi yardım göstərilir”, - məlumatda bildirib.

Şəhərin meri Vitali Kliçkonun sözlərinə görə, 2 nəfər ölüb, daha 2 nəfər isə yaralanıb.



Xəbər xətti