Onlarla fanatik yəhudi Əl-Əqsa məscidinə basqın edib

11:41 30 Avqust 2023

Onlarla fanatik yəhudi köçkün İsrail qüvvələrinin himayəsi altında Məscidül-Əqsaya basqın edib.

Sitat.info xəbər verir ki, Fələstinin rəsmi xəbər agentliyi WAFA-nın xəbərinə görə, hadisə şahidləri köçkünlərin İsrail polisinin ciddi mühafizəsi altında qrup halında Məscidül-Əqsa həyətinə daxil olduqlarını bildiriblər.

Bildirilib ki, fanatik yəhudi köçkünlər burada: “təxribat xarakterli yürüşlər keçirib, dini ayinlər icra ediblər”.

Seymur Bənnayev

Sitat.info

 



Xəbər xətti