Xalq artisti Afaq Bəşirqızı qalmaqalı açıqlaması ilə yenə gündəmə gəlib.
Sitat.info xəbər verir ki, "Sitat tv"nin canlı yayınında danışan xalq artisti yerli icra hakimiyyətlərini sərt tənqid edib. Afaq Bəşirqızının həmin sitatını təqdim edirik: "
"İcra başçısı rayonu məhv edib. Torpaqları zəbt edirlər, özlərinə ferma yaradırlar. Bunlara bir ölçü götürülsün. Əgər olmursa, həmin bu icra başçılarına yol açan adamların adını çəkəcəm. Bu məsələlərə görə necə təzyiqlərə məruz qaldım. Mən heç kimdən qorxmuram. Xalqın malını oğurlayan icra başçılarına həmişə sözümü demişəm"
Daha ətraflı təqdim etdiyimiz videodan izləyin.
Seymur,
Sitat.info