Afrikadakı çevrilişlər AB-ni təhdid edir - Luazo

13:56 30 Avqust 2023

Afrika AB maraqlarına zidd olan silsilə çevrilişlərlə üzləşir.

Sitat.info xəbər verir ki, bunu Avropa Parlamentinin müdafiə komitəsinin Fransadan olan deputatı Natali Luazo deyib.

“Demokratiyaları, seçilmiş dövlət və hökumət başçılarını, maraqlarımızı, müdafiə etdiyimiz dəyərlərimizi təhdid edən silsilə hərbi çevrilişlər görürük. Biz liderliyimizi, birliyimizi gücləndirməli, dəyərlərimizi bölüşənlərə dəstək olmalıyıq”, - Luazo bildirib.

Onun sözlərinə görə, AB-nin rolunu gücləndirmək üçün xüsusilə, ümumi Avropa müdafiəsinin qurulmasını sürətləndirmək lazımdır.

Qeyd edək ki, bu gün Qabonda ordu tərəfindən hərbi çevriliş edilib.



Xəbər xətti