Pakistanda məhkəmə keçmiş baş nazir İmran Xanın korrupsiya işi çərçivəsində girov müqabilində azadlığa buraxılması qərarından sonra onun "dövlət sirrini açıqlamaq"da ittiham olunduğu iş üzrə həbs müddətini 14 gün uzadıb.
Sitat.info xəbər verir ki, sözügedən iş üzrə dinləmə Xanın hazırda “təhlükəsizlik səbəbi ilə” saxlanıldığı ölkənin şimal-şərqindəki Attok bölgəsindəki həbsxanada keçirilib.
Mühakimə olunduğu korrupsiya işi çərçivəsində İmran Xana verilən 3 illik həbs cəzasının dünən təxirə salındığı və girov müqabilində sərbəst buraxılmasının ardından keçirilən iclasda hakim Əbul Həsnət prokurorluğun tələbi ilə "dövlət sirrini yayma" ittihamı ilə Xanın həbs müddətini sentyabrın 13-ə qədər uzadıb.
Seymur Bənnayev
Sitat.info