Yunanıstanda hökumət yanğından sonra görüləcək tədbirləri açıqlayıb

14:31 30 Avqust 2023

Yunanıstanda hökumət 11 gündür davam edən yanğınlardan sonra yarana biləcək problemlərlə mübarizə üçün yeni tədbirlər görüb.

Sitat.info xəbər verir ki, Baş nazir Kiryakos Mitsotakisin sədrliyi ilə ətraf mühit, energetika, iqlim böhranı və mülki müdafiə nazirinin iştirakı ilə Meriç və Parnitasda yanan meşələrin bərpasının müzakirəsi üçün iclas keçirilib.

İclasdan sonra verilən açıqlamada problemlərə qarşı mübarizə üçün yeni tədbirlərin görüldüyü bildirilib.

Müvafiq olaraq, yanğından sağ çıxan vəhşi heyvanların qarşıdakı bir neçə ay ərzində xüsusi qidalanacağı, yanğınlardan sonra qarşılaşa biləcək mümkün sel fəlakətləri ilə mübarizə işlərinə başlanacağı və yanğın bölgələrindəki dərələrin təmizlənməsi nəzərdə tutulur.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti