Güneydə sel 14 kəndə ciddi ziyan vurdu

15:27 30 Avqust 2023

Ərdəbil əyalətinin Xiyav (Meşginşəhər) şəhərində sel daşqınları 14 kənddə fəsadlar törədib, infrastrukturu sıradan çıxarıb.

Sitat.info xəbər verir ki, bu barədə Xiyavın fərmandarı Şəhram Məhəmmədi mediaya açıqlamasında bildirib.

Onun sözlərinə görə, kəndlərin yolları dağılıb, qaz və elektrik xətləri sıradan çıxıb.

“Əkin və bağ sahələrinə çox ziyan dəyib. Zərərin hesablanması üçün dəqiqləşdirilmələr aparılır”, - o əlavə edib.



Xəbər xətti