Türkiyə xarici işlər naziri Hakan Fidan Rusiya Federasiyasına işgüzar səfər edəcək.
Sitat.info xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyindən verilən açıqlamada, nazir Hakan Fidanın 31 avqust-1 sentyabr 2023-cü il tarixlərində Rusiya Federasiyasına işgüzar səfər edəcəyi bildirilib.
Səfər çərçivəsində regional və qlobal hadisələr, xüsusilə də ikitərəfli münasibətlərin gündəliyində duran məsələlər ətrafında məsləhətləşmələr gözlənilir.
Seymur Bənnayev
Sitat.info