Azərbaycanlı fəal Tehranda həbs edildi

17:53 30 Avqust 2023

Şərqi Azərbaycan əyalətinin Xudafərin bölgəsindən olan mədəni fəal Afşin Nəziri Tehranda həbs edilib.

 Sitat.info xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb.

Bildirilib ki, Nəziri Urmiya gölündəki ekoloji fəlakətə etiraz etdiyinə görə saxlanılıb.

Onun hara aparıldığı barədə məlumat əldə etmək mümkün olmayıb.

//Axar.az



Xəbər xətti