Yunanıstanda yanğınlar yenidən şiddətlənir

18:59 30 Avqust 2023

Yunanıstanın Aleksandrupoli və Meriç bölgələrində baş verən yanğınlar 12-ci gündə müəyyən qədər nəzarət altına alınsa da, bölgədə alov yenidən şiddətlənir.

Sitat.info xəbər verir ki, Yunanıstanın Dəmirörən (Sıdıro) və Yanören (Yannuli) kəndlərinin meşə sahəsində yanğın yenidən gücləndikdən sonra Mülki Müdafiə Təşkilatı kənd sakinlərini ərazidən uzaqlaşmalarını istəyib.

Meşə Yanğınları Rəsədxanasının peyk məlumatlarına görə, Alexandroupoli və Meriçdə avqustun 19-da başlayan yanğın avqustun 28-dək 826 min hektardan çox ərazini yandırıb.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti