Təxminən 769 min müsəlmanın yaşadığı təxmin edilən ABŞ-ın Nyu-York şəhərində azanın cümə günləri və Ramazan ayı ərzində ucadan oxunacağı açıqlanıb.
Sitat.info xəbər verir ki, ABŞ-ın Nyu-York şəhərində müsəlmanlar, xüsusilə 11 sentyabr hücumlarından sonrakı illərdə tez-tez ayrı-seçkiliklə üzləşiblər.
Nyu-York meri Erik Adams Nyu-York Polis Departamentinin icazəsi olmadan məscid və ibadət evlərinin cümə günləri və Ramazan ayı boyunca müəyyən vaxtlarda azan oxumasına icazə veriləcəyini bildirib.
Kilsə zənglərinin şəhərin hər yerindən eşidildiyini qeyd edən Adams bunun çaşqınlığı və dini ayrı-seçkiliyi aradan qaldıracağını ifadə edərək: "Nyu-Yorkda ibadət etməkdə azadsınız", - deyib.
Seymur Bənnayev
Sitat.info