Zurabişvilinin bu ölkələrə səfərinə qadağa qoyuldu

10:14 31 Avqust 2023

Gürcüstan Prezidenti Salome Zurabişvilinin Avropa turnesi ləğv olunur.

Sitat.info xəbər verir ki, bu barədə Gürcüstan hökumətindən məlumat verilib.

Məlumata görə, Zurabişvilinun avqustun 31-də Almaniyaya səfər edəcəyi ilə bağlı bu ayın əvvəlində hökumətə müraciəti yazılı şəkildə rədd edilib:

“Zurabişviliyə xatırladırıq ki, Gürcüstan Konstitusiyasına uyğun olaraq, prezident ölkəni xaricdə yalnız hökumətin razılığı ilə təmsil edir, çünki ölkənin xarici siyasətinin həyata keçirilməsi hökumətin vəzifəsidir”.

Bundan əlavə, prezidentə avqust-dekabr ayları arasında daha doqquz ölkəyə səfərə icazə verilməyib. Söhbət Ukrayna, İsveçrə, Polşa, Belçika, Danimarka və Birləşmiş Ərəb Əmirliklərinə işgüzar, Bolqarıstan, Çexiya və İsrailə rəsmi səfərlərdən gedir./Axar.az



Xəbər xətti