Pekin Kabil və İslamabadı üçtərəfli əməkdaşlıq mexanizmini yenidən işə salmağa çağırıb

07:30 31 Mart 2022

“Çin, Əfqanıstan və Pakistan bərabər əsasda qarşılıqlı hörmət və məsləhətləşmə prinsiplərinə əsaslanan üçtərəfli əməkdaşlıq mexanizmini yenidən işə salmalıdır”.

Apa Tass-a istinadən xəbər verir ki, bunu Çinin xarici işlər naziri Van Yi Çinin Tunsi şəhərində Pakistanın xarici işlər naziri Şah Mehmud Qureşi və Əfqanıstanın Taliban tərəfindən yaradılmış müvəqqəti hökumətin xarici işlər naziri Əmir Xan Möttəki ilə görüşü zamanı deyib.“Mövcud vəziyyətdə Çin, Əfqanıstan və Pakistan siyasət, inkişaf və təhlükəsizlik sahəsində əməkdaşlığı təşviq etmək üçün qarşılıqlı hörmət, bərabər məsləhətləşmə və qarşılıqlı fayda prinsiplərinə əsaslanan üçtərəfli əməkdaşlıq mexanizmini yenidən işə salmalıdırlar", - deyə Çin Xarici İşlər Nazirliyinin amıqlamasında qeyd olunub.

Vanq Yinin xüsusilə “Bir kəmər, bir yol” təşəbbüsünün həyata keçirilməsini birgə təşviq etməyin vacibliyinə toxunub. Bundan əlavə, Çinin baş diplomatı terrorizmlə mübarizədə əməkdaşlığı gücləndirməkyin vacib olduğunu söyləyib.



Xəbər xətti