Zakir Həsənov Anıtqəbri ziyarət etdi

12:15 31 Avqust 2023

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov qardaş ölkəyə işgüzar səfəri çərçivəsində rəhbərlik etdiyi nümayədə heyəti ilə birgə Türkiyənin banisi Mustafa Kamal Atatürkün mavzoleyini - Anıtqəbri ziyarət edib.

Sitat.info xəbər verir ki, Müdafiə naziri, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov və digər qonaqlar Mustafa Kamal Atatürkün məzarı önünə əklil qoyuraq, xatirəsinə ehtiram nümayiş etdiriblər.

General-polkovnik Z.Həsənov "Xatirə kitabı"na ürək sözlərini yazıb.

Müdafiə nazirinin Türkiyədə işgüzar səfəri davam edir.



Xəbər xətti