Ukrayna və Rusiya nümayəndə heyəti arasında onlayn danışıqlar cümə günü, aprelin 1-də bərpa olunacaq.
SİTAT.İNFO xəbər verir ki, bu barədə Ukrayna nümayəndə heyətinin rəhbəri David Araxamiya “Telegram”da bidlirib.
raxamiya, ümid etdiyini bildirib ki, Prezident Vladimir Zelenski ilə Rusiya Prezidenti Vladimir Putin arasında bu həftə görüş olacaq. O, bunun üçün hazırlıqların getdiyini deyib.
“Türkiyədə keçirilən danışıqlarda biz də bildirdik ki, indi iki dövlətin liderlərinin görüşünə ehtiyac var. Rusiya nümayəndə heyəti bildirdi ki, razılaşdırılmış müqavilə layihəsi olmalıdır. Bir həftə ərzində biz danışıqlar prosesinin iştirakçılarından asılı olanı hazırlayacağıq. Ümid edək ki, ölkə prezidentləri görüşləri davam etdirəcəklər”.
Araxamiyanın sözlərinə görə, Ukrayna tərəfi prezidentlərin görüşünün Rusiya və ya Belarus ərazisində keçirilməsini istəmir. (apa.az)