İran Kəşfiyyat Nazirliyi: İsraillə əlaqəsi olan 14 "terrorçu" tutuldu

13:07 31 Avqust 2023

İranın Kəşfiyyat Nazirliyi İsraillə əlaqəsi olduğu iddia edilən 14 nəfərin “terrorçuluq” ittihamı ilə saxlanıldığını açıqlayıb.

Sitat.info xəbər verir ki, "Təsnim" Xəbər Agentliyinin məlumatına görə, bu barədə İranın Kəşfiyyat Nazirliyindən yazılı açıqlama verilib.

Açıqlamada deyilir: "4 ştatda terror aktı hazırlayan 14 nəfər saxlanılıb". 

Bildirilib ki, təhlükəsizlik qüvvələrinin Mazandaran, Kirmanşah, Xuzistan və Sistan-Bəlucistan vilayətlərində keçirdiyi əməliyyatda yaxalanan şəxslərdən müxtəlif diametrli və markalı silahlar, sursatlar ələ keçirilib.

Seymur Bənnayev

Sitat.info

 

İsraillə əlaqəsi olduğu iddia edilən şəxslərin kimliyi və mənsubiyyəti barədə məlumat verilməyib.



Xəbər xətti