Livandan "İsrailin qanun pozuntularını dayandırın" çağırışı

13:09 31 Avqust 2023

Livan parlamentinin sədri Nəbih Bərri, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) qətnaməsinə məhəl qoymayaraq İsrailin sərhəd pozuntularının dayandırılmasını istəyib.

Sitat.info xəbər verir ki, Livanın rəsmi agentliyi NNA-da yer alan xəbərə görə, Berri ABŞ prezidenti Co Baydenin enerji və infrastruktur üzrə baş müşaviri Amos Hochstein və ABŞ-ın Beyrutdakı səfiri Dorah Şianı paytaxt Beyrutdakı ofisində qəbul edib.

Görüşdə Berri və Hochstein 31 oktyabr 2022-ci ildən Livanda seçilməyən prezidenti, Livanın ərazi sularında qaz yatağında aparılan qazma işlərini və ölkənin ümumi vəziyyətini müzakirə ediblər.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti