İsrail əsgərləri işğal altındakı İordan çayının qərb sahilindəki Nablus şəhərində bir fələstinli yeniyetməni yaralayıb.
Sitat.info xəbər verir ki, Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən yazılı açıqlamada, Nablusun Əmman küçəsində İsrail əsgərləri ilə baş verən hadisələr zamanı bir fələstinli gəncin canlı güllələrlə ayağından yaralandığı bildirilib.
Açıqlamada gəncin müalicə üçün xəstəxanaya aparıldığı paylaşılıb.
Aytəkin Əliyeva
Sitat.info