Kanadada içərisində 5 milyon arı olan yeşikləri daşıyan yük maşını qəzaya uğrayıb. Yeşiklər yol kənarına səpələnib, arılar dağılıb. Bölgədəki arıçılar dəstəyə gəlib.
Sitat.info xəbər verir ki, hadisə Kanadanın Toronto şəhərinin Halton bölgəsində baş verib.
Polisin açıqlamasında deyilir:
“Polis qrupları yük maşınından magistral yola düşən 5 milyon arı olan yeşiklərlə məşğuldur. Yoldan keçən avtomobillərə pəncərələrini bağlamaları tövsiyə olunur. Arıçıların sıx dəstəyi sayəsində arıların əksəriyyəti təhlükəsiz şəkildə toplanıb və yeşiklər daşınıb. Ancaq arıların təbii şəkildə qayıtması üçün bir neçə yeşik buraxacağıq. Xahiş edirik ki, piyadalar ərazidən uzaq olsunlar, sakinlər arılar üçün buraxılmış yeşiklərə yaxınlaşmasınlar və onlara toxunmasınlar. Arılar qayıtdıqdan sonra yeşiklər yığılacaq”.
Nuriyyə Musayeva
Sitat.info