“Vaqner”in lideri Yevgeni Priqojinin öldüyü təyyarə qəzası ilə bağlı yeni iddia ortaya çıxıb.
Sitat.info xəbər verir ki, rusiyalı politoloq Dr. Valeri Solovey Priqojinin qəzada ölmədiyini, sağ olduğunu və qisas almağa hazırlaşdığını iddia edib.
"Yevgeni Priqojinin içində olduğu deyilən təyyarə Rusiya hava hücumundan müdafiə sistemi tərəfindən vuruldu. Təyyarədə heç bir partlayış baş verməyib. Onu kənardan atıblar” - deyə Solevey bildirib.
Solovey həmçinin əlavə edib ki, əməliyyat əmri Rusiya prezidenti Vladimir Putin tərəfindən təsdiqlənib.
"İkincisi, təyyarənin məhv edilməsi əməliyyatı Rusiya Təhlükəsizlik Şurası tərəfindən hazırlanıb və Rusiya prezidentinin özü tərəfindən təsdiqlənib", - Valeri Solovey bildirib.
Rusiyalı analitik Solovey də Priqojinin ölmədiyini iddia edərək, “Yevgeni Priqojin sağdır, sağdır və azaddır. Priqojin özü təyyarədə olmayıb. Əvəzində onun dublyoru uçurdu” sözlərini işlədib.
Valeri Solovey hətta Priqojinin harada olduğunu bildiyini iddia edərək deyib ki, onun harada olduğunu bilirəm, amma oktyabrda açıqlayacağam. Bu Afrika ölkəsi deyil, tamam başqa ölkədir.
Vaqner liderinin qisas almağa hazırlaşdığını da əlavə edən Solovey bu iddiaları irəli sürüb: “Priqojin qisas almağa hazırlaşır. Onu məhv etmək istəyənlərdən və yaxınlarını öldürənlərdən qisas almaq niyyətindədir”.
Solovey həmçinin Vaqner liderinin 2,5 milyard dollarlıq Bitkoin sərvətinə sahib olduğunu və bunun qisas almaq üçün kifayət etdiyini irəli sürüb.
Nərgiz,
Sitat.info