Bryanskda PUA qonaq evinə çırpıldı

14:20 31 Avqust 2023

Bryansk vilayətinə yenidən PUA hücumu olub.

Sitat.info xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.

Məlumata görə, PUA-lardan biri Bryansk şəhərindəki regional hökumət idarəsinə məxsus qonaq evinə çırpılıb.

“Bina idarədən 100 metr aralıda yerləşir. Hökumət itkilərdən qaçmaq üçün Bryanskın mərkəzini avtomobil və piayadalar üçün bağlayıb”, - məlumatda qeyd olunub.



Xəbər xətti