İranın Nüvə Razılaşması ilə bağlı yeni bəyanatı

15:30 31 Avqust 2023

İranın Atom Enerjisi Agentliyinin rəhbəri Məhəmməd İslami ölkəsinin nüvə fəaliyyətlərini qətiyyətlə davam etdirəcəyini bəyan edib və vurğulayıb ki, onların nüvə sazişinə qayıtması İrana qarşı tətbiq edilən bütün sanksiyaların aradan qaldırılmasından asılıdır.

Sitat.info xəbər verir ki, İranın Atom Enerjisi Agentliyinin rəhbəri Məhəmməd İslami Əl-Cəzirə televiziyasına müsahibəsində ölkəsinin nüvə proqramı və fəaliyyətləri barədə danışıb.

İslami İranın nüvə obyektlərinə qarşı hücum və təxribatlara toxunaraq deyib ki, bu təxribatlar İranın nüvə proqramına zərər verə bilməz: “İsrail çox yaxşı bilir ki, bizim nüvə obyektlərimizə olan təhdidlər boş və mənasızdır. Bu hücumlar ölkəmizin nüvə proqramına heç bir zərər verə bilməz. Əlbəttə, biz obyektlərimizə hücuma qəti və sarsıdıcı cavab verəcəyik”. ABŞ-ın nüvə sazişindən çıxmasından sonra uran zənginləşdirmə qabiliyyətini artıran İranın nüvə fəaliyyətlərini qətiyyətlə davam etdirəcəyini bildirən İslami, ABŞ ilə imzalanan nüvə razılaşmasına qayıtmaq İrana qarşı bütün sanksiyaların aradan qaldırılmasından və Avropa ölkələrinin öhdəliklərini yerinə yetirməsindən asılı olduğunu qeyd edib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti