Fransanın paytaxtı Parisdə elektrikli skuter icarəsi xidməti göstərən "Dott", "Lime" və "Tier Mobility" şirkətlərinə paytaxt küçələrindən skuterləri toplamaq üçün verilən qanuni müddət gecə yarısı başa çatacaq.
Şəhərdə 2 min 500 dayanacaq yerində 15 min skuterlə şirkətlərin göstərdiyi xidmət turistlərin və gənclərin nəqliyyat seçimləri arasında yer alarkən, sözügedən skuterlər küçələrdə buraxıldığı, piyada keçidlərində maneələr yaratdığı üçün reaksiyalara səbəb olub.
Aytəkin Əliyeva
Sitat.info