Ukrayna Rusiyanın hərbi itkilərini açıqlayıb: 17 mindən çox... SON RƏQƏMLƏR

10:33 31 Mart 2022

Ukrayna Rusiyanın hərbi itkilərini açıqlayıb.

SİTAT.İNFO xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Facebook səhifəsində bildirilib.

Qeyd edilib ki, fevralın 24-dən bu gün səhər saatlarına qədər Rusiya Ordusunun 614 tankı, 1735 zirehli döyüş maşını, 311 artilleriya sistemi, 96 reaktiv yaylım atəş sistemi, 54 havadan müdafiə sistemi, 135 hərbi təyyarəsi, 131 helikopteri, 1201 avtomobil texnikası, 7 gəmi/kateri, 75 yanacaq çəni, 83 dronu, 4 OTRK / TRK / mobil SRBM sistemi, 22 xüsusi avadanlığı məhv edilib.

Ukrayna Müdafiə Nazirliyi Rusiya tərəfinin təxminən 17 500-ə yaxın canlı qüvvəsini itirdiyini bəyan edib.



Xəbər xətti