Tunis Qabonda qanunun aliliyinin və konstitusiya quruluşunun bərpasına çağırıb.
Sitat.info xəbər verir ki, Tunis Xarici İşlər Nazirliyi Qabondakı siyasi proseslərlə bağlı açıqlama verib.
Qanun çərçivəsində konstitusiya quruluşunun yenidən qurulmasının vacibliyi vurğulanan bəyanatda deyilir: “Qabonda bir-birinin ardınca baş verən siyasi və təhlükəsizlik hadisələrini böyük maraqla yaxından izləyirik. Biz Qabondakı bütün siyasi partiyaları və insanları sosial sülh üçün səy göstərməyə dəvət edirik”.
Aytəkin Əliyeva
Sitat.info