Çin ABŞ-ın viza məhdudiyyətinə qarşılıq verəcək

22:32 31 Avqust 2023

Çin rəhbərliyi ABŞ-ın Tibet Muxtar Bölgəsində yerli etnik azlığa mənsub 1 milyona yaxın uşağın məcburi dövlət məktəblərində assimilyasiya edilməsində rol oynadıqları səbəbilə Çin hakimiyyətinə tətbiq etdiyi viza məhdudiyyətinə qarşılıq verəcəyini açıqladı.

Sitat.info xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Wang Vinbin, Pekində keçirdiyi gündəlik mətbuat konfransında, ABŞ-ın viza tədbirinin Çinin daxili işlərinə açıq bir müdaxilə olduğuna işarə edərək, qərarı "qəti şəkildə rədd etdiklərini" bildirib.

ABŞ-ın faktlara məhəl qoymadığını, Tibetlə bağlı yalanlara əsaslandığını müdafiə edən sözçü Vanq Çinin qarşılıqlılığa əsaslanaraq, bu mövzuda Çini ləkələmək üçün şayiələr yayaraq Çin rəsmilərinə qarşı qeyri-qanuni sanksiyalar tətbiq etdiyini və uzun müddətdir Tibetlə bağlı məsələlərlə məşğul olan bəzi ABŞ vətəndaşlarına viza məhdudiyyətləri tətbiq edəcəyini bildirib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti