BMT Rusiyaya taxıl sazişi ilə bağlı konkret təkliflərlə məktub göndərib

23:48 31 Avqust 2023

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş Rusiyanın xarici işlər naziri Sergey Lavrova Qara Dəniz Taxıl Dəhlizi Sazişinin yenilənməsi üçün konkret addımlarla məktub göndərdiyini açıqlayıb.

Sitat.info xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş BMT-nin Nyu-Yorkdakı binasında jurnalistlərə açıqlama verib.

Quterreş Qara Dəniz Taxıl Təşəbbüsünün qida bazarlarına və ərzaq təhlükəsizliyinə çox mühüm töhfələr verdiyinə diqqət çəkərək, təşəbbüsün yenilənməsinin xüsusilə inkişaf etməkdə olan ölkələr üçün vacib olduğuna diqqət çəkib.

Seymur Bənnayev 

Sitat.info



Xəbər xətti