Pentaqonun sözçüsü briqada generalı Patrick Ryder, Vaqnerin qurucusu Yevgeni Priqojinin ölümü ilə əlaqədar: "Vaqner qrupu mahiyyətcə bitdi", - deyib.
Sitat.info xəbər verir ki, Mətbuat katibi Rayder gündəlik mətbuat konfransında gündəmi dəyərləndirib və jurnalistlərin suallarını cavablandırıb.
Yığıncaqda bir jurnalist, keçən il Şimali Koreyanın Vaqnerə silah satdığına dair irəli sürülən iddiaları xatırladaraq, "Vaqner ilə Şimali Koreya arasındakı silah müqaviləsinin bitdiyinə inanırsınızmı?" sualını verib.
Vaqnerin qurucusu Priqojinin ölümünə toxunan Ryder cavab verib: "Burada əsas məqam Vagner qrupunun mahiyyətcə bitməsidir. Ona görə də deyə bilərəm ki, ortada heç bir danışıq yoxdur".
Seymur Bənnayev
Sitat.info