İspaniyada son vəziyyət: 80,4 milyon dollar iqtisadi itki

16:20 1 Sentyabr 2023

Avqustun 15-də Tenerife adasında başlayan meşə yanğınının 80,4 milyon avro iqtisadi itkiyə səbəb olduğu açıqlanıb. Sözügedən məbləğ yalnız əkin sahələrinin, yolların, infrastrukturun, "Teide" Milli Parkının və adanın qorunan təbiət ərazilərinin yenidən qurulmasını əhatə edir.

Sitat.info xəbər verir ki, İspaniyanın Kanar adalarına bağlı olan Tenerife adasında son 40 ilin ən şiddətli meşə yanğınının balansı müəyyənləşib. Tenerife administrasiyasından verilən açıqlamada yanğının vurduğu iqtisadi zərərin 80,4 milyon avro (87 milyon dollar) olduğu bildirilib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti