“Bu, həyatları xilas edəcək”: Zelenski Krımı işğaldan azad etməyin 2 yolunu göstərdi

16:35 1 Sentyabr 2023

Vladimir Zelenski Ukraynanın Krımı işğaldan azad etməsi  üçün mühüm olan iki şərti açıqlayıb. 

Sitat.info xəbər verir ki, Zelenskinin fikrincə,  Ukraynanın iki yolu var: hərbi və diplomatik. Ancaq hansı metodun seçiləcəyini düşmənin davranışı müəyyən edəcə. 

"Bu, diplomatik və ya hərbi yolla həll oluna bilər. Əgər Rusiya qoşunları əlavə təzyiq olmadan yarımadanı tərk edərsə, bu, insanların həyatını xilas edəcək", - Zelenski deyib. 

Ukrayna lideri vurğulayıb ki, Donbass və Krım əraziləri qaytarılmadan nə Ukraynada, nə də Avropa məkanında davamlı sülh olmayacaq. Kiyev və onun beynəlxalq tərəfdaşları Rusiya Federasiyasının bu ərazilərə olan “hüquqlarını” tanımır, ona görə də daim xaos yaranacaq.

Zelenski əlavə edib ki, vəziyyət dayanıqlı deyil.

Nərgiz,

Sitat.info

 



Xəbər xətti