Fransanın paytaxtı Parisdə aprel ayında keçirilən referendum nəticəsində qadağan edilən kirayəlik skuterlərin sonuncusu Paris küçələrindən yığışdırılıb.
Sitat.info xəbər verir ki, Fransanın paytaxtı Parisdə keçirilən referendum nəticəsində icarəyə götürülən elektrik skuterlərindən istifadəyə aprelin 2-də qadağa qoyulub və qərarın sentyabrın 1-dən qüvvəyə minəcəyi açıqlanıb.
Paris Bələdiyyəsinin skuter firmalarına sentyabr ayının başına qədər vaxt verməsinin ardından, şəhərdəki 15 mindən çox kirayəlik skuterlərin hər biri küçələrdən toplanılıb.
Seymur Bənnayev
Sitat.info