Putin açıqladı: Tezliklə onunla görüşəcəm!

20:20 1 Sentyabr 2023

Tezliklə Çin lideri Si Szinpinlə görüşəcəyik və onunla humanitar əlaqələrin inkişafını və digər məsələləri müzakirə edəcəyik.

Sitat.info xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

“Çox tezliklə tədbirlərimiz olacaq və Çin Xalq Respublikasının sədri ilə görüşəcəyik. O, məni "dostum" adlandırır, mən də onu belə adlandırmaqdan məmnunluq duyuram. Çünki o, şəxsən Rusiya-Çin münasibətlərinin və əlaqələrinin inkişafı üçün, müxtəlif sahələrdə çox işlər görən insandır. Biz onunla bu və humanitar əlaqələrin inkişafı istiqamətində daha nələrin edilə biləcəyini mütləq müzakirə edəcəyik”, - Putin bildirib.



Xəbər xətti