Suriyada insanlar Dəməşq hökumətinə etiraz edirlər

22:34 1 Sentyabr 2023

Suriyanın 5 vilayətində minlərlə insanın iştirakı ilə Dəməşq rəhbərliyinə qarşı etiraz aksiyaları keçirilib.

Sitat.info xəbər verir ki, yerli mənbələrdən əldə edilən məlumata görə, Hasəkənin Rəsulayn rayonu, İdlibin Binniş, Maratmisrin və Termen rayonları ilə Hələbin Daret İzze, Mare, Azez, Afrin, Bab, Etarib və Raco bölgələrində, eləcə də Suriya ordusunun nəzarəti altında olan Suveyda və Dera əyalətlərindəki nümayişlərdə minlərlə insan iştirak edib.

Suveyda şəhərinin mərkəzindəki Kəramə meydanına toplaşan etirazçılar Suriya prezidenti Bəşər Əsədin istefasını tələb ediblər.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti