Avstraliyada son 27 ilin ən isti qışı yaşanıb.
Sitat.info xəbər verir ki, Avstraliya Meteorologiya Bürosunun verdiyi açıqlamaya görə, ölkə üzrə orta qış temperaturu 1961-ci ildən 1990-cı ilə qədər orta temperaturdan 1,54 dərəcə yüksək olub.
Avstraliyada bu ilki qış mövsümü 1996-cı ildən bəri ən isti qış kimi qeydə alınıb.
Meteorologiya Bürosu, həmçinin ölkənin bir çox bölgələrində yazda gözləniləndən daha az yağış yağacağını və daha isti olacağını proqnozlaşdırıb.
Seymur Bənnayev
Sitat.info