Türkiyənin xarici işlər naziri Hakan Fidan Moskvada Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə görüşüb. Türkiyə və Rusiya nümayəndə heyətlərinin də iştirak etdiyi görüşdə taxıl sazişi müzakirə olunub.
Nazir Şoyqu deyib: “Son aylarda böyük səy göstərdiyimiz razılaşma Prezident Rəcəb Tayyib Ərdoğanın təşəbbüsləri ilə həyata keçirildi. Bu müqavilə Rusiyanın günahı üzündən dayandırılmadı. Rusiyaya vəd edilən hər şey yerinə yetirilərsə, müqavilənin müddəti uzadılacaq. Amma görünür, bunu etmək yeni dəhlizlər və yeni quru yollar yaratmaqdan daha çətindir”.
Seymur Bənnayev
Sitat.info