TIR sərnişin avtobusu ilə toqquşdu: 6 ölü, 43 yaralı

09:45 2 Sentyabr 2023

Türkiyənin Dənizli vilayətinin Honaz rayonunda idarəetməni itirən TIR yolun qarşı tərəfinə keçərək sərnişin avtobusu ilə toqquşub.

Sitat.info xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Qəza nəticəsində 6 nəfər ölüb, 43 nəfər isə yaralanıb.

Zərbənin gücündən hər iki nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.



Xəbər xətti