Rusiya Taliban hökumətindən ilk əfqan diplomata akkreditasiya verib

12:18 31 Mart 2022

Rusiya xarici işlər nazirliyi Taliban hökumətindən ilk əfqan diplomata akkreditasiya verib.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.
Rusiya XİN başçısı qeyd edib ki, idarəçilik təcrübəsinin olmaması, maliyyə və iqtisadi məhdudiyyətlər, ABŞ və onun müttəfiqlərinin siyasi və diplomatik təzyiqlərinə baxmayaraq Əfqanıstanın yeni administrasiyası, ümumilikdə, dövləti ayaqda saxlamağa nail olur.



Xəbər xətti