Türkiyə XİN başçısı: “İrəvana səfər edə bilərəm”

12:29 31 Mart 2022

“Ermənistan xarici işlər nazirinin Ankaraya, mənim isə İrəvana səfər etməyim mümkündür”.

APA xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“Azərbaycanın bu prosesi dəstəkləməsi çox mühümdür. Keçmişdən dərs almaq lazımdır. Azərbaycanla məsləhətləşmədən bizim radikal addımlar atmağımız mümkün deyil və bu, bizim ön şərtimizdir. Digər tərəfdən, müharibə bitdikdən sonra biz Türkiyə olaraq hər zaman müsbət mesajlar vermişik. Ermənistan da bizimlə eyni fikirdə olarsa, həm Türkiyə, həm də Azərbaycanla sərhədləri açar, ticarətə başlayar, logistik məsələlər həll edilər. Azərbaycan artıq Ermənistana əhatəli sülh anlaşması təklif edib”.



Xəbər xətti